Etika və Satış

Etika və Satış

     Daim rəqabəti artan müasir dünya  öz qanun və qaydalarını diktə edərək insanlara öz maliyyə maraqlarını hər şeydən üstün tutmağa vadar edir.

 

  Belə olan halda, ümümbəşəri prinsiplər və mənəvi əsaslar  daha da tələb olunan mənbəyə çevrilir.

 

Etika və satış uyğundurlarmı ?

“Aldatmasanız- sata bilmərsiniz”- bu aksioma deyil.

   Siz aldatma yolu ilə də satış əməliyyatı həyata keçirə bilərsiniz. Həmçinin aldatmadan da satış edə bilərsiniz.

Amma əgər siz müştərinizi aldatdınızsa, o zaman alıcı bir daha sizə qayıtmaz. Düzgün şəkildə satış apardığınız halda isə alıcılarınız daima sizə məxsus xüsusiyyətləri dəyərləndirib, sizə müraciət edəcəklər. Bu yolla siz özünüzə daimi müştəri toplamış olacaqsınız.

Bu vasitələrdən istifadə edərkən satış qanunlarını da unutmamaq lazımdır.

“Satış baş tutmayana kimi, heç nə baş vermir”.

     Bu fikri daha açıq şəkildə təhlil etsək, görərik ki, bütün istehsal prosesini hərəkətə gətirən məhz "satışdır".

   O, biznes və müəssisələri ayaqda saxlayır, insanları işlə təmin edir, əmək haqqlarını ödəyir, vergi və səhm dividentlərini ödəyir və bütöv cəmiyyətin hərəkət istiqamətlərini müəyyən edir.

    Hansı ölkədə satış səviyyəsi yüksəkdirsə, həmin ölkənin iqtisadiyyatı güclü və inkişaf üçün imkanlarla zəngin olur. Satışın səviyyəsi düşdükcə, iqtisadiyyat zəifləyir, iş yerləri ixtisara salınır, gələcək üçün inkişaf imkanları itir.

   Bir sözlə desək, bu qanuna əsasən: “ Satış hər şeydir !”

Satış qanununa əsasənbir neçə vacib çıxarışlar edə bilərik.

Birinci çıxarış:

Məhsul və ya xidmət satılır, alınmır.

Məhsulun və ya xidmətin rəqabətli bazarda nə qədər yaxşı olmasından və müştəri bolluğundan asılı olmayaraq məhsul və ya xidməti satmaq lazımdır.

İkinci çıxarış:

Müştəridən almağı xahiş etmək lazımdır.

   Müştərinin sizi və təklif etdiyiniz məhsulu nə qədər sevməsindən asılı olmayaraq məqamında kifayət qədər tərəddüdlər olunur. Öhdəsindən lazımınca gəlməsəniz bu tərəddüdlər satışın baş verməsinə mane ola bilər.

Üçüncü çıxarış:

Satışların 80 faizi beşinci zəngdən və ya beşincə müqavilədən sonar baş verir.

    Bir neçə qərar qəbul etməyi və müştəri ilə dəfələrlə görüşməyi tələb edən kompleks satışlardan almaq qərarı müştəri ilə beşinci müqavilədən sonar verilir.

 

Satış etiketi üzrə daha ətraflı məlumat almaq üçün  buyurub Etika Akademiyasına müraciət edə bilərsiniz.

 

Əlaqə: 012 566-71-27

  Mob:  055 610-13-52