Satış etiketi

Satış etiketi

      Insanların əsas çalışma səbəblərindən biri də öz ehtiyaclarını təmin etmək, öz məqsədinə çatmaqdır. Bu yolda biz daim kiməsə nəsə satmaqla gəlir qazanırıq. Hər kəz  komisyon üzrə işləyir.

       Ən yaxşı lider və menecerlər yaxşı satıcı hesab olunurlar. İnsanlar göstəriş almağı, yol göstərilməyi və ya uşaq kimi başa salınmağı sevmədiklərindən, insan münasibətləri üzrə ən yaxşı mütəxəssizlər, öz fikirlərini insanlara onların qəbul edəcəkləri tərzdə çatdıra bilənlər hesab olunurlar.

 

      İstənilən təşkilatda sizin gəliriniz, uğurunuzu müəyyən edəcək səlahiyyətə malik insanlara öz işinizi təqdim etmək- satmaq bacarığınızdan asılıdır. Öz işini daha yaxşı sata bilən insanlar, digərlərindən istedad və bacarıqlarına görə fərqlənmədikləri halda belə karyera pilləsində daha sürətli yüksəlirlər. Hər şey satışdan asılıdır.

Satış baş tutmayana kimi heç nə baş vermir. Bütünistehsal prosesini hərəkətə gətirən məhz satışdır. O, biznes və müəssisələri ayaqda saxlayır, insanları işlə təmin edir, əmək haqqı verir, vergi ödəyir və bütöv cəmiyyətin hərəkət istiqamətini müəyyən edir.

      Satıcıların əlli faizi kompleks satışlarda ilk kontakdan sonra prosesi tərk edir və satıcıların əlli faizi sadə satışlar zamanı ardıcıl suallar verməyi elə ilk cəhddəcə dayandırırlar.

    Daha effektiv satış üçün  tələb olunan biliklər tarixdə heç zaman indiki qədər çox olmamışdır. Satış prosesi bütün aspektlərdən öyrənilmişdir.

Biz sizə satışda necə uğur qazanmağın qısa və asan yollarını öyrədəcəyik...