Masa arxası etiketin "qızıl qaydaları"

 

   "Qızıl Qaydalar"

   Masa arxasi etik qaydalara tam yiyələnib və riayət etdiyiniz zaman qonaqlıqlarda, yığıncaqlarda, ictimai tədbirlərdə özünüzü çox sərbəst və rahat hiss edəcəksiniz.

 

Masa arxası “qızıl qaydaların” bir neçəsini Sizlərə təqdim edirik:

1. Etik qaydalara əsasən  masa arxasında oturarkən yalnız biləyiniz masaya toxunmalıdır. Xanımlar müvəqqəti olaraq dirsəyini masaya qoya bilərlər. Masada olan yemək dəstləri ilə  oynamaq, süfrənin ətəyini bükmək, ayaqları stolun altında bütün uzunluğuna uzatmaq etik qaydalardan kənar olan hərəkət sayılır.
2.  Dodağı boyalı  xanımlar kağız salfetlə dodaqlarını silməlidirlər.
3.  Yemək yeyən zaman  dirsək masada olan halda başınızı  boşqaba çox yaxın əymək məsləhət deyil. Başınızı azacıq boşqaba əyərək qidanı çəngəl və ya qaşıqla bu məsafədən  qəbul edə bilərsiniz.  Qaynar qidaya üfürmək, yemək yeyərkən ağzı marçıldatmaq, nəsə içərkən qurtum-qurtum içmək qəti qadağandır. Yemək yeyərkən və nəsə içərkən bunu səssiz etmək lazımdır.
4.  Makaron, əriştə,qayğanaq, jele, tərəvəz yeyilməsində bıçaqdan istifadə etmək  olmaz. Bunları ancaq çəngəllə yeyirlər.
5.  Yeməkdən sonra bıçaq və çəngəlin  tutacağı  sağ tərəfə yerləşdirməklə  boşqaba paralel şəkildə qoyulur.  

6. Əgər siz bıçaqdan və çəngəldən istifadə edirsinizsə, onda hər zaman bıçağı sağ əldə çəngəli də sol əldə tutun, onları bir əldən o biri ələ keçirtməyin. Çəngəli sol əldə tutmaq çətinliyini yaşamamaq üçün qabaqcadan buna öyrəşmək məşqi etmək lazımdır.

7.  İçkidən istifadə edərkən alnız  özünüzə  süzmək düzgün deyil. Qrafinkanı götürüb birinci masa arxasında əyləşən  qonşunuza təklif edin. 
Çörəyi sousda islatmaq məsləhət deyil, əgər dözməyib bunu etmisizsə onda özünüzə çəngəllə kömək edin, barmaqla yox. Hər bir halda boşqabı çörəklə təmizləmək qəti qadağandır.
8.  Əgər duzqabıda qaşıq yoxdursa o zaman  yalnız  bıçağınız təmiz olduğu halda  duzu onunla  götürə bilərsiniz.

9.  Siqaret çəkə-çəkə masa arxasında əyləşmək olmaz. Əgər masa arxasında siqaret çəkməyənlər əyləşiblərsə, o zaman masa arxasında siqaret çəkmək olmaz.

10.  Masa  arxasında qaməti düz tutaraq əyləşmək lazımdır.
11.  Şorba yeyərkən qaşığı sağ əldə tuturlar. Fincanda verilən bəzi növ şorbaları, bulyonları dessert qaşığı ilə yeyirlər.Masa alətlərini tutacağın ortasından yox, uc tərəflərindən tutulmalıdır. Bıçaqla yalnız  qidanı kəsirlər, qəti surətdə bıçaqla qidanı ağıza aparmaq olmaz. 
12.  Kəsilməsi vacib olmayan  yeməkləri, misal üçün qayğanağı yalnız  çəngəllə yeyirlər.

13.  Yemək yeyib qurtardıqdan sonra işarə olaraq bıçağı və çəngəli boşqaba yan yana paralel şəkildə qoyurlar ki, siz bundan sonra yemək yeməyəcəksiz işarəsini qarsona bildirirsiniz