Masa arxası etiket

   Masa arxası etiket 

   Düzgün tərbiyə almış insan masa ləvazimatlarının təkcə istifadəsini yox,həmçinin yemək arası fasilələrdə onların necə və hara qoyulma qaydalarını da bilməlidir.

Əsas qanunlardan birində deyilir ki, heç bir halda  istifadə olunmuş (batmış)  bıçağı, çəngəli və ya qaşığı süfrəyə  qoymayın. Onlar boşqabın kənarına diaqonal şəkildə qoyulmalıdırlar.        

   Əgər siz yeməyinizə qədəhdən su içmək və ya əhatənizdəkilərin söhbətini dəstəkləmək məqsədi ilə fasilə verirsinizsə, o zaman bıcağın  ülgücü və çəngəlin dişlərini boşqabınızın  mərkəzinə doğru 45 dərəcə altında yerləşdirməlisiniz. Bu halda çəngəl dişlərinin aşağı və ya yuxarı istiqamətdə olması əhəmiyyət daşımır. Ləvazimatları boşqabınızda Amerika sayağı qoya bilərsiniz: yəni bıçağı səliqə ilə  boşqabın sağ kənarına, çəngəli isə onun yanına dişləri yuxarı yerləşdirə bilərsiniz. İxtisaslı xidmət heyəti (ofisiant) ləvazimatları bu düzülüşdə gördükdə, yeməyi  bitirmədiyinizi anlayır, və sizin boşqabınızı aparmır.

    Bir çox restoranda yeməklər dəyışilən zaman işlənmiş süfrə ləvazimatlarını da yeniliyirlər.

    Dərin çin kasası, tutacaqsız bulyon fincanı və ya düz boşqabın üzərində yerləşən dərin boşqabda  verilmiş şorba və deserti bitirdiyiniz zaman, ləvazimatları alt boşqaba qoymalısınız.

        Bir neçə faydalı məsləhət:

  • Bıçaq istifadə edərkən çəngəl sol, bıçaq sağ əllə tutularaq kəsmə işi aparılır
  • Masada çəngəl solda, qaşıq və bıçaq sağda yerləşir. Bıçağı yerləşdirərkən qaşıq ilə qab arasına qoyulur. Bıçaq sağ əllə tutulur və işarə barmağı bıçağın iti olmayan tərəfinə söykədilib kəsmə işi aparılır
  • Salat çəngəli normal yemək çəngəlindən daha qısa olur və hər iki işdə də istifadə edilə bilər. Salat yemək üçün istifadə edilən çəngəl  yemək qabının sol tərəfinə qoyulur
  • Balıq çəngəli digərlərinə nisbətlə daha qısa və düz olur və qaşığın sağ tərəfində yerləşdirilir
  •  Şirniyyat qaşığı, şirniyyat qabının içərisinə qoyulur. Lakin daha əvvəldən də masadakı yerinə qoyula bilər
  • Şorba qaşıqları şorba qablarının sağ tərəfində olur və digərlərinə nisbətən ən uzun saplı olmalıdır
  • Salat qabları daha çox düz və yumru olur. Xüsusi yeməklərdə, salat ilə yemək eyni qabda xidmət edilə bilər
  • Şorba, şirniyyat və meyvə qabları, hər biri ayrı-ayrı başqablarda xidmət edilməlidir
  • Salfetlər rəsmi olmayan yeməklərdə çəngəllərin sol tərəfinə və ya çəngəlin altına, rəsmi yeməklərdə isə xidmət qabının içinə qoyulur
  • Yemək əsnasında masadan qalxmaq lazım olsa, salfet kürsü üzərinə və ya masanın sizə aid boş yerinə buraxıla bilər. Salfetə ağzınızı ətrafa göstərmədən silməli və salfetin yağlanan və ya çirklənən yerlərini digər qonaqlardan gizlətməlisiniz